Ru
21:31 / 02 Oktyabr 2026

"Son dörd ildə ərzaq qiymətləri pik həddə çatdı"

"Son dörd ildə ərzaq qiymətləri pik həddə çatdı"
Eye

Qlobal ərzaq qiymətləri indeksi bir sıra bölgələrdə logistika problemləri və quraqlıq fonunda 2022-ci ilin noyabr ayından bəri ən yüksək səviyyəyə çatıb.


"Bakupost" xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd olunub.

Ərzaq qiymətlərinin artmasının əsas səbəbləri Qara dənizdə və Hörmüz boğazında logistika problemləri, eləcə də Avropa, Şimali Amerika və Cənub-Şərqi Asiyanın ən böyük kənd təsərrüfatı istehsalçısı ölkələrində El-Ninyo təbii fenomeni nəticəsində yaranan anomal quraqlıq kimi göstərilib.

FAO-nun baş iqtisadçısı Maksimo Torero hesabatı şərh edərkən bildirib ki, qlobal əmtəə qiymətlərində sabit və getdikcə geniş miqyaslı artım müşahidə olunur. Əgər bu davam edərsə, təzyiq tezliklə istehlakçılar, xüsusən də qida və enerji idxalından asılı olan ölkələrdə qida qiymətlərində öz əksini tapacaq.

Ümumdünya Ərzaq Qiymətləri İndeksi aylıq olaraq beş əsas kateqoriyadan olan 23 qida məhsulunun qiymətləri əsasında tərtib olunur: dənli bitkilər, bitki yağları, ət, süd məhsulları və şəkər.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar