Ru
18:33 / 09 Sentyabr 2026

Son dörd ilin REKORDU: Qaz bahalaşır

Son dörd ilin REKORDU:  Qaz bahalaşır
Eye

9 sentyabr tarixində keçirilən hərracların gedişatında Avropa birjalarında qazın dəyəri 2022-ci ilin dekabr ayından bu yana ilk dəfə olaraq min kubmetr üçün 950 dollar həddini aşıb.

"Bakupost" "Oxu.az"a istinadla xəbər verir ki, bu məlumatlar Londonun ICE birjasının göstəricilərində öz əksini tapıb.

Niderlandda yerləşən TTF mərkəzindəki ticarət platformasında oktyabr füçerslərinin qiyməti artaraq hər min kubmetr üçün təxminən 950.3 dollar və ya bir MVt·saat üçün 78.925 avro səviyyəsinə qədər yüksəlib. pizza sifarişi

Avropada mavi yanacağın qiymətindəki bu artım qarşıdan gələn qış mövsümü ərəfəsində anbarlarda yanacaq ehtiyatlarının rekord dərəcədə az olması və Yaxın Şərqdə davam edən münaqişə ilə əlaqələndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar