2026-cı ilin yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 45 284 vətəndaş müraciəti qeydə alınıb.
Bakupost.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Müraciətlərdən 15 519-u pensiya, 12 220-si müavinət, 1 631-i Prezident təqaüdü, 8 241-i ünvanlı dövlət sosial yardımı, 1 668-i fərdi uçot və sosial sığorta, 121-i dövlət icbari şəxsi sığorta və 5 884-ü isə digər istiqamətlərlə bağlı olub.