Space TV-dən ayrıldığı iddia olunan aparıcı Səidə Bəkirqızı yenidən efirə qayıdıb.
Bakupost.az xəbər verir ki, bir neçə gün proqramlarda görünməyən jurnalist bu gün tamaşaçıların qarşısına çıxaraq "Xəbərin izində" verilişini təqdim edib.
Beləliklə, Səidə Bəkirqızı yenidən Space TV-də aparıcı kimi fəaliyyətini davam etdirir.
Slave TV-nin rəhbərliyinə eşq olsun! Haqqın tərəfində durdular, çox sağ olsunlar. Səidə xanıma uğurlar arzu edirəm, Allah Sizi əqidəsiz insanlardan qorusun. Yanınızdayıq.
Səidə Bəkirqızının Space tv kanalından getməsidə, qayıtmasıda həm kanalın, həmdə özünün şəxsi işidir. Sadəcə olaraq demək istəyirəm ki, jurnalistlər bir məlumatı paylaşanda diqqətli olsunlar, hər hansı bir hadisənin şahidi olduqda o hadisəni işıqlandırsınlar, regionçuluğu və şəxsi münasibətlərini kənara qoysunlar. Ən azından həm özlərinə, həmdə izləyicilərinə hörmət qoysunlar.
Speys kanalı da gördü ki, Səidə xanımı Xalqın böyük hissəsi sevir, xoşlayır və ona görə də onu efirə qaytardı, uğurlar diləyirəm...