Azərbaycanın media məkanında “Space” telekanalının fəaliyyətini dayandıracağı ilə bağlı sarsıdıcı iddialar yayılıb. Kanalın gələcək taleyi ilə bağlı yaranan qeyri-müəyyənlik sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Bakupost.az xəbər verir ki, jurnalist Arifə Əliyeva şəxsi “Facebook” hesabında paylaşım edərək telekanalın bağlanma ərəfəsində olduğunu bildirib. Jurnalist əldə etdiyi son bilgilərə istinadən qeyd edib ki, kanal artıq fəaliyyətini tamamilə dayandırmağa hazırlaşır.
A.Əliyeva paylaşımında kanalın düşdüyü bu acınacaqlı vəziyyətin səbəbini idarəetmə səhvlərində görüb: “Bəli, düzgün idarəçilik olmayanda nəticə belə olur. Amma ən ağır zərbəni qərar verənlər yox, zəhmət çəkən sadə əməkdaşlar alır”.
Hələlik sözügedən iddialarla bağlı nə telekanalın rəhbərliyi, nə də rəsmi qurumlar tərəfindən hər hansı təsdiq və ya təkzib xarakterli açıqlama verilməyib. Bununla belə, jurnalistin bu çıxışı artıq media camiəsində böyük rezonans doğurub. Mövzu ilə bağlı əlavə təfərrüatlar bəlli olduqca oxuculara məlumat təqdim olunacaq.
Doğrudur,bu kanalda, başqa kanallarda olduğu kimi,səviyyəsiz verilişlər var,amma baxılmalı,əziyyət çəkilən verilişlər də var.Dini veriliş,"Xoş gəlmişəm" verilişi və s.Həm də insanlar ordan maaş alır,ailəsini dolandırır.Gəlin, qarğış etməyək, ölkədə işsiz insanlar çoxdur,onların sırası artmasın.O ki, qaldı uşaqların tərbiyəsinə,evdə düzgün tərbiyə verilsin, o tərbiyə əsasında uşaq cəmiyyətdə nəyin yaxşı,nəyin pis olduğunu ayırd edəcək, bu işdə televiziyanın rolu olsa da, uşağın nəyə baxdığına nəzarət etmək bizim borcumuzdur.
SALAM.Inamiram ki Space kanlı baglana.Allah ozu komey olsun
Xalq sizin belə rəylərdən sonra çox pis olduq. Biz fəaliyyətimizi davam etdirəcəydik amma lakin sizin belə rəylərdən sonra istəmirik mayın 15 saat 00:00 artıq space tv yoxdur çox sağolun.
Bizim kanallara baxdigim hec yadima gelmir ne vaxt harda baxmisam televizor ancaq yutub telefon elimizde tiktok instagram vesalam bizim umumiyyetce tele kanallarimizda ferli basli hecne gorsetmir yaxsi ki o biri kanallarda mundar verlisler baglandi agiz danisigi bilmeyenler efire cixirdi ve indiki boyuyen usaqlarda bu verlislere baxib ne derk elesinki bu heyatda kecmisin dovru kecmisde qaldi televizora baxdigimiz o iller indiki usaqlar bir basqa tebiyetle boyuyur hamisininda ellerinde telefon yeni tele kanallar baglandi baglanmadi baxan yoxdu indiki dovrler de uje
Bağlamaqdansa satışa çıxarsınlar.
Salam, hər vaxtınız xeyir olsun. Onsuz da demək olar ki, əhalinin yarıdan çoxu internet kanallar böyük üstünlük verir və heç kim yerl kanalları seyr etmir. Və guya başqa kanallar nə yayım edir ki? Ancaq ucuz, mənasız, dəxlisiz, səviyyəsiz mahnılar və onların ucuz OXUYANÇI tayfası. Müğənni yox OXUYANÇI. Vəssalam. Bağlansa, xalqın canı ucuz mədəniyyətdən, ucuz, səviyyəsiz mahnılardan qurtarar.