“SpaceX” “Starlink” vasitəsilə mobil rabitə xidmətlərini genişləndirmək üçün ABŞ-də aşağı tezlikli radio spektri lisenziyalarını almaq barədə razılığa gəlib.
“Bakupost” xəbər verir ki, ABŞ Federal Rabitə Komissiyasının təsdiqindən sonra şirkət peyk bağlantısını yerüstü mobil şəbəkə ilə birləşdirməyi planlaşdırır. Bu, istifadəçilərə daha geniş ərazidə mobil rabitə imkanı yaradacaq.
“SpaceX” rəhbəri Elon Mask bildirib ki, razılaşma ABŞ-də fasiləsiz mobil əhatə dairəsinin yaradılması üçün vacibdir.
Xəbərdən sonra ABŞ-nin mobil operatorları “AT&T”, “T-Mobile” və “Verizon” şirkətlərinin səhmləri ucuzlaşıb.
Vüsalə Hüseynova,
BakuPost