Hazırda yeni “İfşa Günü” filmi ilə gündəmdə olan məşhur rejissor Stiven Spilberq yadplanetlilərlə bağlı diqqətçəkən açıqlama verib.
Bakupost.az xəbər verir ki, 79 yaşlı amerikalı rejissor CBS televiziyasına müsahibəsində yadplanetlilərin artıq Yer kürəsini ziyarət etdiyini və hələ də burada ola biləcəklərini söyləyib.
Spilberq bu qənaətə illər boyu topladığı məlumatlar, dinlədiyi şahid ifadələri, izlədiyi sənədli filmlər və ABŞ Konqresində eşitdikləri əsasında gəldiyini deyib.
Rejissor qeyd edib ki, bu mövzuya marağı 1982-ci ildə çəkdiyi və yadplanetli ilə dostluğu əks etdirən “E.T.” filmindən sonra daha da artıb.
Spilberqin bu iddiaları elmi dairələrdə mübahisələrə səbəb olub. Bəzi alimlər nəzəri olaraq yadplanetli sivilizasiyaların Yerə gəlməsinin mümkün olduğunu desə də, digərləri böyük kosmik məsafələr səbəbindən bunu inandırıcı hesab etmir.
Bahar Babaşova, BakuPost