Ru
16:03 / 29 Sentyabr 2026

“Starship” ilk dəfə orbitə çıxdı

“Starship” ilk dəfə orbitə çıxdı
Eye

“SpaceX”in “Starship” raketi 14-cü sınaq uçuşunda ilk dəfə aşağı Yer orbitinə çatıb.

“Bakupost” xəbər verir ki, raket orbitə 26 yeni nəsil “Starlink V3” peyki yerləşdirib və peyklərin hamısı ilə əlaqə yaradılıb.

“Starlink V3” peyklərinin əvvəlki modellərlə müqayisədə daha yüksək tutumlu olduğu bildirilir.

Uçuşun sonunda “Starship” Sakit okeana eniş edib, lakin suya toxunduqdan sonra partlayıb. “Super Heavy” gücləndiricisi isə Meksika körfəzinə uğurla enib.

“SpaceX” “Starship”i gələcəkdə Ay və Mars missiyalarında istifadə etməyi planlaşdırır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar