Şamaxıda bədbəxt hadisə baş verib.
"Bakupost" APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb.
Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.