Ru
16:57 / 04 Dekabr 2025

“Suad xanım istəyinə nail oldu” – Rejissor

“Suad xanım istəyinə nail oldu” – Rejissor
Eye

Xəbər verdiyimiz kimi, “Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçiriləcək Bakı Beynəlxalq Film Festivalından çıxarılıb.

Bakupost.az xəbər verir ki, filmin rejissorunun etiraz açıqlaması və Kino Akademiyasının buna cavabı gün ərzində mədəniyyət aləmində geniş müzakirə olundu.



Bu reaksiyalardan biri son günlər Mədəniyyət Nazirliyi ilə qalmaqallarda adı hallanan, Kukla teatrını rejissoru Səidə Haqverdiyevayadan gəldi.

“Əslində Suad xanım istəyinə nail oldu. Qara piar da olsa, artıq hamı bu filmin varlığından xəbərdardır”. S.Haqverdiyeva bu sözləri sosial şəbəkədəki hesabında mövzu ilə bağlı statusunda yazıb.

“Məhz erotik səhnələrinə görə hər kəs bir-birindən filmin linkini istəyir. Hətta Məhsəti Gəncəvinin kim olduğundan xəbəri olmayanlar belə artıq bu adı eşidir, axtarış sistemlərində onun haqqında məlumat oxuyur. Suada xanım görkəmli teatr xadimi, şair Səməd Mənsurun nəticəsi, tanınmış rejissor Tofiq Kazımovun nəvəsidir. Tofiq Kazımov Azərbaycan teatrına müasirlik və yenilik gətirmişdi. Sənətdə yenilik, müasirlik bir mənalı qarşılanmır. Bəzən sərt tənqidə də tuş gəlinir. Amma yenə də zaman göstərir ki, sənətə gətirilən hər bir yeniliyin öz yeri, öz izahı və öz dəyəri var.

Filmi izlədiyini bildirən rejissor bəzi səhnələri özü üçün qəbulolunmaz adlandırıb.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar