Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, aqrar sahənin subsidiyalaşmasında yeni yanaşmalar tətbiq ediləcək. Onun fikrincə, bu addım iqtisadi səmərəliliyə töhfə verəcək.
Amma nazir müavini subsidiyalaşmada yeni yanaşmanın nədən ibarət olacağını açıqlamayıb.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov
Bakupost.az-a bildirib ki, aqrar sektorda subsidiyalar yalnız əmtəəlik məhsula görə verilməlidir:
“Yəni emal müəssisəsinə təhvil verilən məhsula görə subsidiya ödənilməlidir. Belə olarsa, bu həm səmərəliliyi təmin edəcək, həm də dövlətdən ayrılan subsidiyanın mənimsənilməsinin qarşısını alacaq. Məsələn, buğdanı emal müəssisəsinə təhvil verdikdə, qəbz əldə edirlər. Həmin sənədə əsasən də Maliyyə Nazirliyi fermerin hesabına lazımi qədər vəsait köçürür. Amma Hesablama Palatasının son araşdırması nəticəsində əkilməyən sahələr üçün 4 şirkətin 24 milyon manata yaxın subsidiya aldığı aşkar edilib. Hətta həmin şirkətlər daha 1,5 milyon manatlıq sığorta pulu da alıblar. Yəni əkin aparılmasa da, həm subsidiya alınır, həm də sığortalanır. Ölkədə 20 ilə yaxındır ki, aqrar sahəyə subsidiya ayrılır və deməli bu müddətdə ciddi mənimsəmələr də baş verir”.
Belə halların qarşısını almaq üçün də ekspertin fikrincə, yalnız fermer xammalı emal müəssisəsinə təhvil verdikdən sonra subsidiya almalıdır.
Müsahibimiz hesab edir ki, subsidiyanın məhsuldarlığın artımına stimul verməməsi isə bu sahədə ciddi problemlərin olmasından qaynaqlanır:
“Bu problemlər də öz həllini tapmalıdır. Yalnız subsidiya verməklə qeyri-səmərəli biznesi inkişaf etdirirlər ki, bu da yaxşı hal deyil”.
Rüfət Sultan, BakuPost
Strateji-zəruri məhsul istehsalı üçün biznes--subsiya, ya digər islahatlar lazımi nəticə vermədiyini itirilmiş illər sübutlamadımı? Strateji məhsul ciddi strateji də münasibət tələb edir! Ukrayna məhsulu, ya məhsulları yararlıdımı? İlkən dağıdılmış üzümlükləri və əkilməyən, ancaq suvarılan 400 min tonluq pambıq sahələrini buğda, mal yemi tarlalarına çevirmək lazımdı? İkinci mərhələdə keyfiyyət və məhsuldarlığa diqqət mümkün olacaqdı! Hazırda aşkarca və ölkəmizdə *gürgənə* dövründən savadlı-elmli taxıl strateginə ehtiyac görünür? Ahgentina, (Moldova) və d. mütəxəssislər iki-üç ilə tədqiqatla taxıl-dənli birgilərə və maldarlığa gərəkli məsləhət-nəticələr verə bilərlər. Qazaxıstan səhraları sərfəli taxıl verirdi, daha yararlı-dəmyə Azərbaycanda ...? Suallarınızı lütfən, qəti məqsədlər sırası ilə ünvanlayın. Hazırki, distansion idarə modellərini 1960cı illərdə sovet məktəbliləri məsafədən (elektron deyil) adi radio dalğaları ilə nümayiş etdirirdilər! Hər iş və layihəyə Texniki tapşırıq da tam mükəmməl gözlənilən son nəticə parametlərinə qədər dəqiq qanuna uyğunluqla tərtibatla təqdim edilməlidir!