Ru
20:15 / 23 Fevral 2026

Sudanla sərhəddə vəziyyət kəskinləşdi -Təcili qərar

Sudanla sərhəddə vəziyyət kəskinləşdi -Təcili qərar
Eye

Çad hökuməti Sudanla sərhədi bağlamaq qərarı verib.

Bakupost.az xəbər verir ki, bu barədə "Tchad24" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hökumət Sudanla sərhəd ərazilərinə və keçid məntəqələrində təkrarlanan qanunsuz müdaxilələrə cavab olaraq sərhədləri dərhal bağlayıb. Bu addım Şimali və Qərbi Darfurda Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (RSF) arasındakı döyüşlərin kəskinləşməsi fonunda atılıb.

Çad mediasının verdiyi məlumata görə, bir neçə gün əvvəl RSF silahlıları Tina şəhərində yerləşən Çad ordusunun düşərgəsinə hücum ediblər. Hadisə nəticəsində bir neçə nəfərin öldüyü və hərbi texnikanın məhv edildiyi bildirilir. Rəsmi Ncamena hələlik məsələ ilə bağlı açıqlama verməyib. Qeyd edək ki, bir ay əvvəl başqa bir sərhəd düşərgəsinə bənzər hücum baş vermiş və RSF rəhbərliyi buna görə üzr istəmişdi.

Qeyd edək ki, Sudanda vəziyyət 2023-cü ilin aprelindən gərginləşməyə başlayıb. Münaqişə Sudanın Suveren Şurasının sədri və ordu komandiri Əbdül Fəttah əl-Burhan ilə RSF rəhbəri Məhəmməd Həmdan Daqalo arasındakı hakimiyyət mübarizəsi səbəbindən yaranıb. Münaqişə nəticəsində təxminən 40 min nəfər həlak olub, 14 milyon insan evini tərk etmək məcburiyyətində qalıb və onların bir qismi aclıq təhlükəsi ilə üz-üzədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar