Ru
11:25 / 05 Sentyabr 2026

Şükufə Yusupovanın son durumu açıqlandı

Şükufə Yusupovanın son durumu açıqlandı
Eye

Xalq artisti Şükufə Yusupova avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.


Piyada keçidindən keçən zaman avtomobil tərəfindən vurulan sənətçi Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Müayinələr zamanı ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Daha sonra, avqustun 24-də ailə üzvlərinin müraciəti əsasında Yeni Klinikaya təxliyə olunub.

"Bakupost" bildirir ki, Modern.az Xalq artistinin son vəziyyəti ilə maraqlanıb.

Yeni Klinikadan saytımıza bildirilib ki, aktrisanın müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar