Ru
19:54 / 20 Mart 2026

“Sülh ağır itkilər bahasına əldə olundu” – Paşinyan

“Sülh ağır itkilər bahasına əldə olundu” – Paşinyan
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan müharibə çağırışı edənlərlə bağlı xalqına müraciət edib.

Bakupost.az APA-ya istinadən Ermənistanın yerli mediasında yer alan bu müraciəti təqdim edir:

“Aydın şəkildə qeyd olunub ki, Robert Koçaryan, Karen Karapetyan və Qagik Tsarukyan tərəfindən idarə olunan qüvvələr Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülhün yenidən nəzərdən keçirilməsi siyasətini qəbul ediblər. Bu isə onların müharibənin qapılarını açmaq yoluna getdiyini göstərir. Bu qüvvələr bildirirlər ki, mövcud sülhü yenidən nəzərdən keçirəcəklər və sülhə, o cümlədən güc yolu ilə nail olmağa çalışacaqlar. Bu isə birmənalı şəkildə o deməkdir ki, onlar yalnız müharibənin qapılarını açmır, eyni zamanda onu qaçılmaz edir.

Biz aydın şəkildə qeyd etməliyik ki, bu, tarixi bir yolayrıcıdır. Ermənistan və Azərbaycan arasında sülh əldə olunub və biz bu sülhü qurmuşuq, bu isə müharibənin qapılarını möhkəm şəkildə bağlamaq deməkdir. Mənim qeyd etdiyim qüvvələr isə indi bu qapını açmağa çalışır və bu, Ermənistanın təhlükəsizliyi üçün taleyüklü bir təhdiddir.

Onlar “təminatçılardan” danışırlar. Hər hansı qərəzsiz müşahidəçi üçün aydındır ki, bu ritorika əslində ölkəyə sülhməramlı qüvvələrin daxil olması üçün zəmin yaradır.

Sülhməramlıların hansı nəticələrə gətirib çıxardığını isə hamımız görmüşük. Eyni səhvlərin təkrar olunmasına səbəb olacaq bu qüvvələr qəti şəkildə rədd edilməlidir.

Ümumiləşdirərək demək istəyirəm ki, biz təhlükəsizlik təminatçısına malik olmuşuq. Üstəlik, bu təminatçının öhdəlikləri hüquqi baxımdan çox aydın şəkildə müəyyən edilmişdi. Lakin bu mexanizm işləmədi və tarix, o cümlədən erməni xalqının tarixi bunu açıq şəkildə göstərir.

Ermənistan və Azərbaycan arasında sülh yalnız ona görə mümkün oldu ki, biz ümidlərimizi təminatçıya deyil, özümüzə bağladıq. Bunu öz həll etməli olduğumuz məsələ kimi qəbul etdik. Əksinə, düşüncəmiz təminatçıya yönəldikdə, yəni hansısa təminatçının problemləri həll edəcəyinə inandıqda, bu hər dəfə eskalasiyaya, gərginliyə, müharibəyə və itkilərə gətirib çıxardı.

Ermənistan və Azərbaycan arasında sülh ağır itkilər bahasına əldə olunub. Lakin biz artıq yeni mərhələyə keçmişik və yaşamaq gündəliyindən inkişaf gündəliyinə keçid etmişik. Sülhün yenidən nəzərdən keçirilməsini istəyən bütün qüvvələr bizi inkişaf dövründən çıxarıb yenidən yaşamaq uğrunda mübarizə mərhələsinə qaytarmağa çalışır. Tarix göstərir ki, belə hallarda biz öz ölkəmizdə deyil, başqa ölkələrdə yaşamaq məcburiyyətində qalırıq. Məhz buna görə sülhün yenidən nəzərdən keçirilməsi ideyasını irəli sürənlər əslində xarici ölkələrin emissarlarıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar