Ru
16:03 / 22 May 2026

Sumqayıt-Bakı istiqamətində yol çökdü - AÇIQLAMA/VİDEO

Sumqayıt-Bakı istiqamətində yol çökdü  - AÇIQLAMA/VİDEO
Eye

Aramsız yağan yağışlar nəticəsində Sumqayıt şəhərinin Niyazi küçəsində, su borularının keçdiyi hissədə yol çöküb.

Bakupost.az xəbər verir ki, hadisə ilə əlaqədar ərazidə təmir-bərpa işlərinə başlanılıb və yol müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.

Qeyd edək ki, sözügedən istiqamət Bakıya hərəkət edən sürücülər tərəfindən ən intensiv istifadə olunan yollardan biridir.

Təmir işlərinin nə vaxt başa çatacağını dəqiqləşdirmək üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən Bakupost.az -a bildirildi ki, ərazidə magistral tullantı su xəttinin dəyişdirilməsi və yenilənməsi istiqamətində tikinti-quruculuq işləri icra olunur:

“İşlər müntəzəm davam etdirilir və yaxın vaxtlarda yekunlaşdırılacaq. Məqsəd dayanıqlı infrastuktur yenilənməsi olduğu üçün bu işlərin görülməsi zəruridir”.

Xatırladaq ki, bundan əvvəl də şəhərin 9-cu mikrorayon ərazisində və Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş vermişdi.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar