Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunacaq.
"Bakupost" xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb. Toyuqlu pizza
Hazırda Xırdalan–Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir. Eyni zamanda, bu istiqamətdə təyin olunacaq yeni reyslərdə istifadə ediləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir.
ADY-nin məlumatına görə, bütün hazırlıq işləri başa çatdıqdan sonra Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə qatarların hərəkəti yeni tədris ili ərəfəsində bərpa ediləcək.