Ru
12:24 / 23 May 2026

Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO

Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO
Eye

Sumqayıtda qanunsuz tikili sökülüb.


Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu çərçivədə, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.



Şərhlər
  • Təqaüçü, köhnəlmiş işçi

    Dövlətimizin çoxsaylı yüksək hüquqi nizam vəzifələləri yetəri konstitusion sayda olsa da, ilkən vətəndaşlara ən yaxın, ən proletar, ən kiçik-yerli bələdiyyələrin sayı dörd qat azaldılsa da belə hadisə-təsadüflərə də ilkin şahid və məsul bələdiyyəmi? Bir sıra məsul vəzifəlilər, bəzi məhkəmələr qərarları ilə, dövlət Müfəttişliyi belə bəzi münasibətlərdə səlahiyyətsiz-hüquqsuz, artıq təmsilçini xatırlatmırmı? Əmək Məcəlləsində Əmək haqqının gecidirildiyi hər gün üçün Bircə faiz əlavə cərimə-peniya da nəzərdə tutulub!? Minlərlə işçilərin maaşları nəinki günlərlə, ay və illərlə gecikdirilib? Onları, İşəGötürənin özünün yazdığı maaşın təsdiqi üçün Məhkəmələrə, oradan da İcraatçıların İşəgötürənlə (şərti) sövdələşmələrinə azdırırlar? Dövlət Müfəttişinin isə İşəgötürənin hesabından heç bir qəpik belə cərimə çıxarmaq səlahiyyəti yoxdur. Ayrılmaz-ödəniləcək haqqa tam-əks formal hüquqi münasibəti geniş Sosial Təminat qanunları yaradan Milli Məclis necə əsaslandırır?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar