Ru
15:18 / 19 Oktyabr 2026

Süni intellekt bazarı çökə bilər? - İnvestorlar buna diqqət etməlidir

Süni intellekt bazarı çökə bilər? - İnvestorlar buna diqqət etməlidir
Eye

“Oaktree Capital Management” şirkətinin həmsədri Hovard Marks süni intellekt investisiyalarının fond bazarında "köpük" yaratması ilə bağlı narahatlıqların hələlik qəti əsasının olmadığını bildirib.

“Bakupost” xəbər verir ki, “S&P 500” və “Nasdaq 100” indekslərinin qiymət-gəlir əmsalları bu il azalıb. Bu, hazırkı bazarın 2000-ci ildəki texnologiya "köpüyündən" fərqləndiyini göstərir.

Bununla belə, yüksək borclanma və süni intellekt investisiyalarının maliyyələşdirilməsində qarşılıqlı asılılıq riskləri artırır. “Nvidia”, “Apple” və “Microsoft” şirkətləri “S&P 500” indeksinin təxminən 21%-ni təşkil edir.

Marksın fikrincə, investorların mümkün "köpük" barədə açıq danışması risklərin fərqində olduqlarını göstərir və "köpüyün" miqyasını məhdudlaşdıra bilər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar