Ru
23:17 / 15 May 2026

Süni intellekt bu peşə sahibləri üçün düşmənə çevrilir - Nazir açıqladı

Süni intellekt bu peşə sahibləri üçün düşmənə çevrilir -  Nazir açıqladı
Eye

Süni intellekt, düşünürəm ki, bu gün hamımızın dostu olmalıdır. Onu təhdid kimi qəbul etdikdə mənfi təsirini göstərməyə davam edəcək. Dost kimi qəbul etdikdə isə daha çox rahatlıq yaradan imkanımıza çevriləcək. Bir çox yaradıcı sahələrdə sənət adamlarının yaradıcılığına rəng qatsa da, dublaj sahəsi ilə bağlı bunu demək çətindir. Bu, dublaj sahəsində ciddi bir təhdid yaradacaq.

Bakupost.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Real TV-nin "Mir Şahinin vaxtı" verilişinə müsahibəsində deyib.

O, süni intellektin imkanlarının çox genişləndiyini diqqətə çatdırıb.

"Onun dublajçıların işini asanlaşdırdığını demək çətindir. Ona görə də düşünürük ki ,dublaj aktyorları üçün dostdan daha çox fərqli bir təsir yaradan, onu düşmən kimi görən alətə çevrilir. Amma bu alət - süni intellekt Azərbaycan mədəniyyətinin təbliğatında təsir gücünü artıracaq addımdır. Ondan səmərəli istifadə edilməlidir. Süni intellektdə ürək, hissiyyat olmadığı təqdirdə təhlükəli deyil və yaradıcı insanı tamamilə əvəz edə bilməyəcək. Təbii ki, 30-50 il sonra süni intellektin hansı duyğulara, hisslərə, parametrlərə sahib olması haqda söz söyləmək indi bir qədər çətin olar. Çünki bu proses çox sürətlə inkişaf etməkdədir. Amma rahatlıqla deyə bilərik ki, yaxın gələcəkdə bu heç bir təhdid yaratmır və nə bəstəkarımızı, nə rəssamımızı, nə də digər incəsənətə bağlı olan yaradıcı sahələri əvəz edə biləcək".

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar