Çin süni intellekt hesablamalarını orbitə daşıyan yeni peyki kosmosa göndərib. “Supercomputing-1” peyki məlumatları Yerə ötürmədən birbaşa kosmosda emal edə biləcək.
“Bakupost” xəbər verir ki, sentyabrın 20-də kosmosa göndərilən 9 peykdən biri olan “Supercomputing-1” yüksək dəqiqlikli görüntüləri analiz edə bilən süni intellekt avadanlığı ilə təchiz olunub.
Peykin əsas məqsədi məlumatların emalını sürətləndirməkdir. Belə ki, görüntülərin hamısının Yerə göndərilməsi əvəzinə ilkin analiz birbaşa orbitdə aparılacaq və yalnız vacib nəticələr Yerə ötürülə biləcək.
Texnologiyanın meşə yanğınları, fırtınalar, daşqınlar və gəmilərin izlənməsi kimi sahələrdə istifadəsi nəzərdə tutulur. Çin daha geniş kosmik hesablama şəbəkəsi yaratmağı planlaşdırır.
Vüsalə Hüseynova,
BakuPost