Ru
23:49 / 06 Avqust 2026

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM
Eye

Sosial şəbəkələrdə son dövrlər tanışlıq məqsədilə süni intellekt texnologiyalarından istifadə halları artır. Dələduzlar AI vasitəsilə real olmayan, lakin inandırıcı görünən insan görüntüləri və videolar hazırlayaraq saxta profillər yaradır, istifadəçilərlə ünsiyyət qururlar. Bir çox hallarda qarşı tərəf bu şəxslərin həqiqi olduğuna inanır və nəticədə emosional, şəxsi məlumat və ya maddi itkilərlə üzləşərək kiberdələduzluğun qurbanına çevrilir.


Süni intellektlə yaradılmış saxta profilləri necə ayırd etmək olar və belə dələduzluğun qurbanı olmamaq üçün insanlar hansı təhlükəsizlik qaydalarına əməl etməlidir?

"Bakupost" xəbər verir ki, İT mütəxəssis Əmrah Mövsümzadə “demokrat.az”a mövzu ilə bağlı açıqlamasında bildirib ki, son dövrlərdə süni intellekt texnologiyalarının sürətli inkişafı kiberdələduzlar üçün də yeni imkanlar yaradıb:

“Artıq AI vasitəsilə real insandan seçilməsi olduqca çətin olan fotoşəkillər, videolar və mətnlər hazırlamaq mümkündür. Bu materiallardan istifadə edilərək sosial şəbəkələrdə saxta tanışlıq profilləri yaradılır və istifadəçilərin etimadını qazanmağa çalışılır. Süni intellektlə yaradılmış saxta profilləri müəyyən etmək üçün ilk növbədə hesabın tarixçəsinə diqqət yetirilməlidir. Yeni yaradılmış profillər, az sayda paylaşım, qeyri-təbii və ya bir-birinə həddindən artıq bənzəyən şəkillər, məhdud dost siyahısı, eləcə də şəxsi görüşdən və ya videozəngdən davamlı yayınmaq şübhə doğuran əlamətlərdir”.


Mütəxəssisin fikrincə, söhbət zamanı həddindən artıq sürətlə emosional yaxınlıq yaratmağa çalışmaları, qısa müddət ərzində pul istəmələri və ya müxtəlif bəhanələrlə maddi yardım tələb etmələri kiberdələduzluğun ən geniş yayılmış əlamətlərindəndir:

“İstifadəçilərə tövsiyə olunur ki, tanımadıqları şəxslərlə şəxsi məlumatlarını, bank kartı məlumatlarını, OTP və digər təsdiq kodlarını heç bir halda paylaşmasınlar. Unutmaq olmaz ki, süni intellekt görüntünü və səsi təqlid edə bilər, lakin sağlam düşüncəni əvəz edə bilməz. Rəqəmsal mühitdə hər bir istifadəçi tanımadığı şəxslərlə ünsiyyət qurarkən diqqətli olmalı, əldə etdiyi məlumatları müxtəlif mənbələr vasitəsilə yoxlamalı və emosional qərarlar verməkdən çəkinməlidir. Sadə təhlükəsizlik qaydalarına əməl etmək həm şəxsi məlumatların, həm də maliyyə vəsaitlərinin qorunması üçün ən effektiv müdafiə vasitələrindən biridir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar