Ru
22:19 / 09 Oktyabr 2026

Süni intellektlə bağlı böyük FƏLAKƏT – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT –  Şirkətlər hərəkətə keçdi
Eye

Süni intellektlə bağlı yaxın 6–12 ay ərzində ciddi fəsadlara səbəb ola biləcək hadisənin baş verəcəyi ehtimal edilir. Bu səbəbdən sahənin aparıcı şirkətləri mümkün nəticələrə hazırlaşırlar.


"Bakupost" xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, “Anthropic”, “OpenAI” və digər şirkətlərin rəhbərləri artıq mümkün böhrandan sonrakı dövr üçün ssenarilər hazırlayırlar. Bu ssenarilərə bank xidmətlərinin və internetin fəaliyyətini, hətta elektrik enerjisi və su təchizatını poza biləcək kiberhücumlar da daxildir.

Hazırlıq çərçivəsində ən pis ehtimallar modelləşdirilir və ABŞ Konqresinin üzvləri ilə müzakirələr aparılır.

Süni intellekt şirkətləri ilk böyük insidentdən sonra qəbul edilə biləcək qanunvericilik qərarlarına əvvəlcədən təsir göstərməyə çalışırlar.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar