Rəsmi Dəməşq Moskvadan hərbi-texniki yardım istəyib.
Bakupost ərəb KİV-lərinə istinadən xəbər verir ki, bu, Suriya lideri Əhməd əş-Şaraanın Moskvaya ilk rəsmi səfəri zamanı müzakirə olunub.
Dəməşq yalnız yeni silah müqavilələri ilə maraqlanmayıb, həm də Rusiyadan neft və buğda idxalını istəyib. Əş-Şaraa Rusiyada bildirib ki, Suriya hazırda xarici yardım axınına ehtiyac duyur. Müqabilində isə o, Rusiya hərbi obyektlərinin ölkədə saxlanılmasını təmin edib.
Əş-Şaraa Rusiya prezidenti Vladimir Putindən həm hərbi, həm iqtisadi, həm də diplomatik yardım istəyib.
Mənbələrə görə, keçid hökuməti Rusiyadan silah, döyüş texnikası üçün ehtiyat hissələri və texniki xidmət tələb edib.
"Sky News Arabia" kanalının məlumatına görə, Moskvaya səfər zamanı suriyalı lider Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Suriya tərəfinə verilməsini müzakirə edib.
Konkret hansı sistemlər olduğu isə açıqlanmır.
Ayxan,
BakuPost