Maarat-Misrin kəndi yaxınlığındakı sursat anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Bu barədə İdlib vilayətinin səhiyyə departamentinin direktoru Samer Ərəbi məlumat verib.
***
Suriya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İdlib vilayətinin şimal kənarında yerləşən Maarrat Misrin kəndi yaxınlığındakı sursat anbarında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 116 nəfər yaralanıb.
***
Suriyanın İdlib şəhərində güclü partlayış baş verib. Hadisə nəticəsində bir neçə nəfər ölüb.
Bakupost.az xəbər verir ki, Əl-Ərəbiyyə mənbələrinin məlumatına görə, partlayış Maarrat Misrin bölgəsində baş verib.
Partlayışın səbəbi hələ müəyyən edilməyib. Bəzi mənbələrə görə, partlayış silah anbarına PUA hücumu nəticəsində baş verib.
Zaur, BakuPost