Ru
18:49 / 20 İyul 2026

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi
Eye

Suriyadan 7-si qadın, 9-u isə uşaq olmaqla ümumilikdə 16 Azərbaycan vətəndaşı iyulun 18-19-da ölkəyə repatriasiya olunub.


"Bakupost" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, ilk növbədə repatriasiya olunan şəxslərin yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına cavabdeh dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri bu məqsədlə Suriyaya ezam olunublar. Repatriantların ilkin tibbi və psixoloji müayinəsi də təmin edilib.

Daha sonra Azərbaycanın Suriya və Türkiyədəki səfirlikləri, həmçinin İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən zəruri əlaqələndirmə işləri aparılıb. Vətəndaşlar Azərbaycana qayıdış şəhadətnamələri və təyyarə biletləri ilə təmin edilərək ölkəyə gətiriliblər.

XİN-in məlumatına görə, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, Azərbaycan hökuməti xarici ölkələrin ərazisində silahlı münaqişələrin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası istiqamətində zəruri tədbirləri bundan sonra da davam etdirəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar