Ru
23:02 / 04 Fevral 2026

Sürücülərin diqqətinə: Bu yollarda...

Sürücülərin diqqətinə: Bu yollarda...
Eye

Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirilib, bütün portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ümumilikdə qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib.

Bununla bağlı NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar