Azərbaycanda bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacağı gözlənilir.
Bu barədə "Bakupost "a Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 13-də gecə və səhər saatlarında Azərbaycanın bəzi rayonlarında dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək azalacağı gözlənilir.