Şuşa rayonu Kiçik Qaladərəsi kəndində evlərin minalardan təmizlənməsi zamanı partlayıcı tələ qurğusu aşkarlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı ANAMA yayıb.
Məlumata görə, evin damında sütuna və dam örtüyünün giriş qapısına tələ məftili vasitəsilə partlayışa hazır vəziyyətdə quraşdırılmış formada iki ədəd F-1 əl qumbarası aşkar edilib.
Qeyd olunur ki, ANAMA əməkdaşları qumbaraları zərərsizləşdirib və ərazinin təhlükəsizliyini təmin ediblər.