Ru
17:16 / 21 Sentyabr 2026

Tacir Şahmalıoğlu əməliyyat olundu

Tacir Şahmalıoğlu əməliyyat olundu
Eye

Müğənni Tacir Şahmalıoğlu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

"Bakupost" xəbər verir ki, sənətçi axşam.az-a açıqlama verən hazırda xəstəxanada olduğunu deyib. O bildirib ki, öd kisəsində problem yaranıb və təcili əməliyyat olunub:

“Öd kisəm deşildi, xəstəxanaya gəldim, təcili əməliyyat olundum. Hazırda yaxşıyam. Bir-iki gün sonra evə buraxılacağam”.

T. Şahmalıoğlu son günlər xeyli çəki itirməsinə də aydınlıq gətirib:

“Diabet xəstəsiyəm. Şəkərə görə 25 kiloqram çəki atmalıyam. Ona görə də arıqlayırdım. İndi bu əməliyyat ortaya düşdü, qaldı belə”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar