Ru
18:45 / 08 Avqust 2026

Tailandda məktəbdə atışma: Ölənlərin sayı artdı

Tailandda məktəbdə atışma: Ölənlərin sayı artdı
Eye

Tailandın Banqkok şəhərinin şimalında yerləşən Nonthaburi əyalətindəki orta məktəbdə baş vermiş atışma zamanı ölənlərin sayı 9-a çatıb.

"Bakupost"un xəbərinə görə, bu barədə Tailandın "Thairath" qəzeti məlumat verib.

Nəşrin bildirdiyinə görə, son qurban xəstəxanada ağır xəsarətlərdən həyatını itirən 12 yaşlı şagird olub.

Xatırladaq ki, ötən gün açıqlanan məlumatda yeddi nəfərin öldüyü bildirilirdi. Hakimiyyət orqanlarının məlumatına görə, onların arasında üç müəllim, üç şagird və həmin məktəbdə təhsil alan hücumu həyata keçirən şəxs də olub. Daha 15 nəfər yaralanıb. Polis sinif otaqlarından birində hücumu təşkil edən yeniyetməni ölü tapıb. Onun intihar etdiyi ehtimal olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar