"Bolt" taksi şirkətinin sürücüsü sərnişinə qarşı qeyri-etik münasibət göstərib.
"Bakupost" oxu.az-a istinadla xəbər verir ki, bu barədə iddianın yer aldığı görüntülər sosial şəbəkədə paylaşılıb.
Sərnişin paylaşımında qeyd edib ki, əvvəlcədən ailəli olduğunu söyləsə də, sürücü münasibət qurmağa cəhd edib:
"Mənimlə Azərbaycan və rus dilində, işarələrlə qarışıq danışmağa başladı, üstəlik, bir neçə dəfə ön oturacaqda əyləşməyimi istədi.
Puldan söhbət gedən hissədə məndən çaypulu istədi. Taksi üçün 14 manat ödəmişdim, amma o dedi ki, "Biz uzağa gedirik, mənə də 5 manat saxla". Mən isə dedim ki, yanımda artıq pul yoxdur. Buna cavab olaraq dedi: "Axı sənin ərin var, qoy o versin".
Ünvana çatanda isə sağollaşmaq bəhanəsi ilə əlimi sıxmaq istədi. Amma bununla kifayətlənmədi, fürsətdən istifadə edib mənə toxundu. Belə vəziyyətlərdə, adətən, şok keçirirəm, ona görə də istər-istəməz gülümsəyərək reaksiya verirəm. Hadisəni videoya çəkməyimin səbəbi də baş verənləri başqalarına göstərmək və bunun uydurma olmadığını sübut etməkdir. Belə hallar baş verməməlidir. Xüsusilə də qadın əvvəlcədən ailəli olduğunu dediyi, söhbətdə maraqlı olmadığını açıq şəkildə bildirdiyi halda".
Lena lüt oturub maşında deyəsən
Acib qoyub ozunu bayira uje biyanirciliq olmusuq biz ne qizlarimizda terbiye qalib nede bele agzi sulaniq kisilerimizdr kisi dimey olarsa.
Mən bele danışsam mənədə təklif edər
Rəsulova
Şərəfsiz oğraş sabah sənin arvadına başına gəlsin
Çüşkalar Bizim Bakinı pis vəziyyətdə gətirib,və sabah onun arvadına ya bacısına həmin binamus və şərəfsiz yol verəcəklər