Fransada etirazlar zamanı talan edilən mağazalardan götürülən lüks brend məhsulları onlayn satışa çıxarılıb.
"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, kosmetika vasitələrindən dizayner çantalarına qədər məhsullar “Vinted”, “Ebay” və “Leboncoin” adlı satış platformalarında daha ucuz qiymətə təklif olunub.
Buna görə də Fransa hakimiyyəti malların satışının qarşısını almaq üçün onlayn platformalara təzyiqi artırıb. Xarici media yazır ki, talan edilən məhsulların sosial şəbəkələrdə sanki küçələrdə satıldığı kimi göstərilsə də, bu, həqiqəti əks etdirmir.
Xatırladaq ki, oktyabrın 17-də Fransanın bir sıra şəhərlərində keçirilən etirazlar zorakılıq və talanlarla müşayiət olunub. Baş nazir Sebastyan Lekornunun açıqlamasına görə, hadisələrlə əlaqədar təxminən 1200 nəfər saxlanılıb.
Sosial şəbəkələrdə yayılan və həqiqəti əks etdirməyən həmin görüntüləri təqdim edirik: