Kür çayının Sabirabad rayonunun Yuxarı Axtaçı kəndindən keçən hissəsində anti-sanitar vəziyyət hökm sürür.
"Bakupost" xəbər verir ki, bu barədə səyahət videoları ilə tanınan bloger Pələng Kərimov sosial şəbəkə hesabında paylaşım edib.
O, çayın Yuxarı Axtaçı kəndindən keçən hissəsinin yerli sakinlər tərəfindən zibilləndiyini bildirib.
Blogerin sözlərinə görə, təkcə çayın sahili deyil, Kür qırağı boyunca böyük bir ərazi sakinlərin məsuliyyətsizliyi və laqeydliyi səbəbindən zibilliyə çevrilib.
Sözügedən kadrları təqdim edirik:
Asena,
BakuPost