Ru
12:15 / 16 Avqust 2025

Tanınmış blogerə hökm oxundu

Tanınmış blogerə hökm oxundu
Eye

Sosial şəbəkələrdə (Wengallbi) kimi tanınan dağıstanlı avtobloger Əhməd Əliasxabovun məhkəmə prosesi keçirilib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Moskvanın Doroqomilovski Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, Əhməd Əliasxabov 3 il müddətində azadlıqdan məhrum edilib.

İttihama görə, o, vəzifəli şəxsə rüşvət verməyə cəhddə (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 291-ci maddəsinin 3-cü hissəsi) təqsirli bilinib.

Qeyd edək ki, fevralın 26-da Ə.Əliasxabov sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan sükan arxasına keçib. Onun qəribə hərəkəti Kutuzovski prospektində sürücülərin və yol polisi əməkdaşlarının diqqətini cəlb edib. Şüşələri qaralmış qara rəngli "Lada" markalı avtomobilin sürücüsü əvvəlcə yol baryerinə dəyib, sonra isə yol polisi postunun yanından keçib. Yol polisi əməkdaşı avtomobili yoxlamaq üçün saxlayıb. Sürücü tibbi müayinədən keçməkdən imtina edib. Ə.Əliəsxabov məsuliyyətdən yayınmaq üçün yol polisinə 100 min rubl rüşvət verməyə cəhd edib.

O, vəzifəli şəxsə rüşvət verməyə cəhddə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 291-ci maddəsinin 3-cü hissəsi) təqsirli bilinib.

Xatırladaq ki, avtoblogerin instaqramda 6,9, yutubda isə 3 milyon abunəçisi var.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar