Ru
14:29 / 17 Avqust 2026

Tanınmış rəssamın məzarı acınacaqlı durumda – Nazirlikdən açıqlama - FOTO

Tanınmış rəssamın məzarı acınacaqlı durumda –  Nazirlikdən açıqlama - FOTO
Eye

Görkəmli rəssam, Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

“Bakupost” xəbər verir ki, bununla bağlı yazıçı Ülviyyə Heydərova paylaşım edib.

O, paylaşımında aidiyyəti qurum və təşkilatlara müraciət edərək Cavad Mircavadovun məzarının nəzarətə götürülməsini və bərpa olunmasını xahiş edib:

“Sual oluna bilər ki, bəs, hanı Mircavadın ailəsi? Yoxdur ailəsi. Həyat yoldaşı Lyuba xanım bir neçə il əvvəl rəhmətə gedib. Yeganə oğlu, bildiyim qədərilə, Danimarkada yaşayır və ölkə ilə yaxından, uzaqdan əlaqəsi yoxdur. Amma biz ki varıq. Ölkənin milli, mənəvi dəyərlərinə sahib çıxmağa ki gücümüz var”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Nazirlikdən “Bakupost”a bildirilib ki, Cavad Mircavadovun məzarının vəziyyəti ilə bağlı məsələ diqqətə götürülüb:

“Məzarın mövcud vəziyyəti aidiyyəti qurumlarla birgə nəzərdən keçiriləcək və zəruri tədbirlərin görülməsi imkanları qiymətləndiriləcək. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar