Ru
20:09 / 15 Oktyabr 2026

Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi

Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
Eye

Rusiyalı jurnalist Aleksandr Nevzorov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilib.


"Bakupost" xəbər verir ki, bu barədə Rusiya Maliyyə Monitorinqi Xidmətinin ("Rosfinmonitorinq") rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Aleksandr Nevzorov Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər reyestrinə daxil edilib. O, həyat yoldaşı Lidiya Nevzorova ilə birlikdə Rusiyada ekstremist birlik kimi tanınıb.

2024-cü ilin iyulunda Sankt-Peterburqun Oktyabr rayon məhkəməsi Aleksandr Nevzorovu və həyat yoldaşı Lidiya Nevzorovanı ekstremist birlik kimi tanıyıb və onların Rusiya ərazisində fəaliyyət göstərməsini qadağan edib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar