Ru
22:26 / 22 İyul 2026

Tarif Şurasından yeni QƏRAR: iyulun 23-dən qüvvəyə minir

Tarif Şurasından yeni QƏRAR: iyulun 23-dən qüvvəyə minir
Eye

Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.


"Bakupost" xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bugünkü iclasında qəbul edilib.

İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib.


Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib.

Qərar iyulun 23-dən qüvvəyə minir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar