Ru
23:07 / 11 Avqust 2026

Tarixçilər Səfəvi İmperiyasının xəritəsini yaydılar

Tarixçilər Səfəvi İmperiyasının xəritəsini yaydılar
Eye

Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev “Azərbaycan Səfəvi dövləti (Şah İsmayıl dövrü: 1501-1524)” adlı xəritə paylaşıblar.

"Bakupost" xəbər verir ki, bu xəritə “Azərbaycan tarixi atlası”na (baş redaktor: AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov), “Azərbaycan Respublikasının Milli Atlası”na və “Azərbaycan tarixi xəritələrdə” atlasına (elmi redaktor: AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov) daxil edilib.


“Paylaşdığımız xəritənin müəllifləri AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyev və tarix elmləri doktoru Tofiq Nəcəflidir. Xəritədən aydın görünür ki, 1514-cü il Çaldıran döyüşünə qədər Azərbaycan Səfəvi dövlətinin sərhədləri şimalda Dərbənd şəhərindən cənuba doğru - Fars körfəzinə, qərbdə - Fərat çayından, şərqdə Amudərya çayına kimi uzanırdı. Həmin dövrdə imperiyanın ərazisi 3,5 milyon kv.km idi.


1555-ci il Amasya sülhündən sonra Səfəvi İmperiyasının ərazisi 2,5 milyon kv.km, 1590-cı il İstanbul sülhündən sonra 1,5 milyon kv.km, 1639-cu il Qəsri-Şirin sülhündən sonra isə 2,85 milyon kv.km olub”, - deyə tarixçilər bildiriblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar