Ru
17:19 / 12 Oktyabr 2026

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
Eye

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir.

"Bakupost" Qol.az-a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"a müsahibəsində bu barədə danışıb:

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə. Rəqəmlər hər şeyi deyir. Özümdən daha yaxşı heç kimi tanımıram”.

Ronaldo argentinalı Lionel Messi ilə rəqabətini Formula-1-in əfsanəvi pilotları Ayrton Senna və Alen Prost arasındakı rəqabətlə müqayisə edib:

“Biz həmişə çox yaxşı münasibətdə olmuşuq. Bir-birimizi motivasiya etmişik. Tarix artıq yazılıb. Mən bu gün karyeramı başa vursam, heç nəyə görə peşman olmaram”.

Qeyd edək ki, müsahibə Ronaldonun Portuqaliya millisində yaşadığı qalmaqaldan sonra yayımlanıb. O, Millətlər Liqasında Norveçlə səfər oyununda (2:1) meydana buraxılmadığı üçün baş məşqçi Jorje Jezuşla fikir ayrılığı yaşayıb və daha sonra yığmanın düşərgəsini tərk edib.

Ronaldo sonradan milli komandada karyerasını başa vurmadığını, fiziki vəziyyəti imkan verəcəyi təqdirdə yenidən yığmada oynamağa hazır olduğunu bildirib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar