Ru
23:35 / 23 İyun 2026

Tarixinin ən isti gününü yaşadı

Tarixinin ən isti gününü yaşadı
Eye

Fransa tarixinin ən isti gününü yaşayıb.


Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu haqda “Meteo-France” agentliyi məlumat yayıb.

Gün ərzində ölkə üzrə orta temperaturun 29,8 dərəcəyə çatması ilə Fransa tarixində ən isti gün olduğu açıqlanıb.

Bir çox vilayətdə xəbərdarlıq səviyyəsinin narıncı və qırmızıya yüksəldiyi və ölkədə həddindən artıq istilərin iyunun 25-dək davam edəcəyi bildirilir.

Fransanın Milli Təhsil Naziri Eduard Geffray qeyd edib ki, ölkədə həddindən artıq istilər səbəbindən təxminən 1800 məktəbdə dərslər dayandırılıb, 8000 məktəb isə iş saatlarını tənzimləyib.

Parisin simvolu və turistlərin məşhur məkanı olan Eyfel qülləsi bu gün isti hava səbəbindən ziyarətçilərin üzünə erkən bağlanıb.

Eyfelin qarşısındakı məlumat lövhəsində yerləşdirilmiş elana görə, həddindən artıq istilər səbəbindən qüllə yerli vaxtla saat 16:00-da ziyarətçilərə bağlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar