Ru
20:33 / 22 İyun 2026

Tariyel Qasımovun “ölü” ilə öpüş səhnəsinin sirri illər sonra açıldı - VİDEO

Tariyel Qasımovun “ölü” ilə öpüş səhnəsinin sirri illər sonra açıldı -  VİDEO
Eye

“Mən, maşallah, ucaboy idim. Ancaq sevgi rolları oynayırdım. Teatrda da elə-belə rollar oynamamışam. Harada sevgi var idi, o sevgi rollarını mən oynayırdım”.

Bakupost.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Tariyel Qasımov “Kanal S”də yayımlanan “Həftənin qonağı” verilişində deyib.

87 yaşlı aktyor cavanlıq illərini xatırlayıb. O, xanımların bu gün də onu çox bəyəndiyini bildirib:

“Mən qız kimi gözəl yox, kişi kimi yaraşıqlı idim. Bizimlə oxuyan bir qız var idi, “Romeo və Cülyetta” tamaşasında oynayırdı. Bu, imtahan tamaşası idi. Məşq edirik. əsərdə bir hissə var, səhnədə Romeo düşünür ki, Cülyetta ölüb. İçəri daxil olur, görür ki, Cülyetta uzanıb. Onun yatdığını, yaxud öldüyünü bilmək üçün Romeo Cülyettanı öpür. Təbii ki, öpüşdən sonra qadın ayılmalıdır.

Məşqdə mən Romeo olaraq tərəf müqabilimi öpür, amma o ayrılmırdı. Sonra məlum oldu ki, öpməyim elə qızın ürəyindən imiş. Özünü “ölülüyə” vurubmuş.

Amma bu hadisənin davamı olmadı. Xanımlar məni çox bəyənirdilər, populyar idim. Elə bu gün də özünü “ölülüyə” vuranlar var”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar