Qazaxıstanda 25 sentyabr Milli Matəm Günü elan olunması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyindəki bayraqlar həmrəylik əlaməti olaraq yarıya endirilib.
“Bakupost” xəbər verir ki, bu barədə TDT məlumat yayıb.
“Qardaş Qazaxıstan xalqı ilə həmrəylik nümayiş etdirmək, eləcə də dünən Xəzər dənizində Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin keçirdiyi hərbi təlimlər zamanı həlak olan hərbi qulluqçuların xatirəsini yad etmək məqsədilə dövlət bayraqları yarıya endirilib. Bu kədərli gündə qardaş Qazaxıstan xalqının, həlak olan hərbi qulluqçuların ailələrinin və yaxınlarının kədərini bölüşür, dərin hüznlə başsağlığı veririk”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, ötən gün Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı hərbçiləri axın aparıb, 14 nəfər həlak olub.