Ru
21:08 / 21 Avqust 2026

TƏBİB-dən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA

TƏBİB-dən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA
Eye

Ölkə üzrə 1-15 avqust tarixlərində 11 504 uşağa ümumilikdə 15 893 peyvənd tətbiq olunub.


"Bakupost" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, peyvəndləmə TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində həyata keçirilib.

Plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusu qiymətləndirilir, peyvənddən kənarda qalan və natamam immunizasiya olunan uşaqlar müəyyənləşdirilir. Həmçinin valideynlər maarifləndirilir və uşaqların yaşına uyğun peyvəndlərlə immunizasiyasının tamamlanması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, immunizasiya prosesinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 15-31 iyul tarixlərində təlimlər keçirilib. Təlimlərdə 1 435 tibb işçisi iştirak edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar