Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.
"Bakupost" Nocomment.az-a istinadla xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub.
Əmrə əsasən, Adil Rzayev sözügedən xəstəxananın baş həkim əvəzi təyin edilib.