Ru
12:12 / 06 Oktyabr 2026

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi - FOTO

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi - FOTO
Eye

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov vəzifəsindən azad edilib.

"Bakupost" Gününsəsi.info-ya istinadla xəbər verir ki, Ülfət Qurbanov TƏBİB-in yeni rəhbərliyi ilə işləmək istəmədiyini bildirərək vəzifədən ayrılması ilə bağlı ərizə yazıb.

Qeyd edək ki, Ülfət Qurbanov 2024-cü ilin sentyabrında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi. O, bundan əvvəl uzun müddət həmin tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, daha sonra direktor müavini və baş həkim vəzifələrində çalışıb.

Ülfət Qurbanovun vəzifədən ayrılması TƏBİB-də son dövrlərdə həyata keçirilən kadr dəyişiklikləri fonunda baş verib.



Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar