Kaliforniya və Floridada hər il milyonlarla bakteriya köçürülmüş ağcaqanad təbiətə buraxılacaq.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Google”un ana şirkəti “Alphabet” tərəfindən dəstəklənən bu layihə geniş müzakirələrə səbəb olub.
Tənqidçilər təşəbbüsü ABŞ tarixində ən böyük açıq havada bioloji təcrübələrdən biri kimi təsvir edirlər.
Layihəyə federal icazə verilsə, gələn ildən başlayaraq hər il Kaliforniya və Florida ştatlarında 32 milyon “dəyişdirilmiş” ağcaqanadl təbiətə buraxacaq. İki il davam etməsi planlaşdırılan proqramın ümumilikdə 64 milyon ağcaqanadın buraxılması ilə nəticələnəcəyi gözlənilir.
Layihə, tədqiqatçıların "yaxşı həşəratlar" olaraq xarakterizə etdiyi Wolbachia adlı təbii bakteriyanı daşıyan erkək ağcaqanadlar vasitəsilə xəstəlik daşıyıcı ağcaqanad populyasiyasını azaltmağı hədəfləyir. Həmçinin qeyd olunub ki, bu erkək ağcaqanadlar insanı dişləmir. Metodlara görə, Wolbachia bakteriyasını daşıyan erkək ağcaqanadlar təbiətdə dişi ağcaqanadlarla cütləşdikdə dişilər yumurta qoymağa davam edir, lakin yumurtalar inkişaf etmir. Beləliklə, məqsəd nəsillər boyu ağcaqanadların sayını tədricən azaltmaqdır.
Bilal, BakuPost