Təbriz bazarındakı qiymətləri təəccüb doğurub.
Bakupost.az xəbər verir ki, bu barədə Pələng Kərimov adlı bloqer paylaşım edib.
O, bazarda satıcılardan müxtəlif məhsulların qiymətlərini soruşaraq izləyiciləri ilə bölüşüb və tərəvəzlər başda olmaqla bir sıra məhsulların ucuzluğu diqqət çəkib.
Bloqerin bildirdiyinə görə, Təbriz bazarında qiymətlər aşağıdakı kimidir:
Pomidorun kiloqramı – 58 qəpik
Xiyarın kiloqramı – 45, 64 və 77 qəpik
Bananın kiloqramı – 1.30, 1.50 və 2.10 manat
Kartofun kiloqramı – 40 qəpik
Badımcanın kiloqramı – 46–52 qəpik
Göyərtilərin kiloqramı – 32 qəpik
Bundan başqa, o həmçinin Təbriz bazarında qızılın qramının 80–90 dollar, əl toxuması olan xalçaların qiymətinin isə 400–900 dollar arasında dəyişdiyi bildirib.
Lalə Novruz, BakuPost