Tehran Vaşinqtonun Hörmüz boğazının açılması ilə bağlı son təklifini rədd edib.
“Bakupost” xəbər verir ki, bu barədə “Al Mayadeen” kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İran ABŞ-nin son təklifinə cavab olaraq, münaqişə tam başa çatana qədər Hörmüz boğazını açmaqdan imtina edib.
Bildirilir ki, Vaşinqton Hörmüz boğazındakı cənub dəniz marşrutunun bağlanması məsələsində Tehrana güzəştlərə gedib.