İranın paytaxtı Tehranın iki fərqli bölgəsində partlayışlar baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, partlayışlar şəhərin şərq hissəsində, eləcə də şimal-qərbdə yerləşən Gülüstan bölgəsində qeydə alınıb.
Yerli mənbələrin iddiasına əsasən, hər iki əraziyə zərbələr endirilib.
Hələlik hədəfə alınan obyektlərin hansı quruma məxsus olduğu, hücumların səbəbi və mümkün itkilərlə bağlı rəsmi açıqlama verilməyib.