İranın paytaxtı Tehranın Çarşı bazarında etiraz aksiyası keçirilir.
"Bakupost" xəbər verir ki, mağaza sahibləri və sakinlər hökumətin iqtisadi siyasətlərinə etiraz edirlər.
Yayılan məlumatlara görə, etirazçılar bazarın bağlanmasına çağırış edərək rejimin iqtisadi siyasətlərini tənqid ediblər.
Aksiya ilə bağlı rəsmi açıqlama verilməyib.